EN

22 yaşlı gənc kirayə qaldığı evdə bıçaqlandı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Biləsuvar rayonunda gənc oğlan kirayə qaldığı evdə bıçaqlanıb.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Bəydili kəndində baş verib. Cəbrayıl rayon sakini 2004-cü il təvəllüdlü Fərid Həziyev kirayə yaşadığı evdə olarkən iki nəfər ona hücum edib. Həmin şəxslər F.Həziyevə bıçaq xəsarətləri yetirərək hadisə yerindən qaçıblar.

Yaralı təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. F.Həziyev Reanimasiya şöbəsinə yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Tural Əmirxanov və Əli Məmmədov saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər F.Həziyevin iş yoldaşıdırlar.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
globalinfo.az

1Sources