EN

ABŞ icazə verdi: Venesuelanın nefti bu ölkəyə satılacaq

ABŞ Maliyyə Nazirliyi Venesuela neftinin Kubaya yenidən satışına icazə verəcəyini açıqlayıb. Lakin bu əməliyyatlar yalnız Kubanın kommunist hökumətinə deyil, özəl sektoruna fayda verəcəyi halda mümkün olacaq.

Publika.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Qeyd olunur ki, bu addım ABŞ prezidenti Donald Trampın Kubaya tətbiq etdiyi yanacaq embarqosundan sonra atılıb. O zaman məqsəd Kuba hökumətini rejimi dəyişməyə və islahatlar aparmağa məcbur etmək idi.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məsələ ilə bağlı açıqlama verib: "Kubada istifadə üçün Venesuela mənşəli neftin yenidən satılmasına görə icazə tələb edən xüsusi lisenziya müraciətlərinə əlverişli lisenziyalaşdırma siyasəti tətbiq ediləcək".

Xəzinədarlıq departamentinin açıqlamasında vurğulanır ki, yeni siyasət Kuba xalqını dəstəkləyən əməliyyatlara yönəlib və Kuba ordusu, hökuməti və ya kəşfiyyat xidmətləri ilə bağlı əməliyyatlara şamil olunmayacaq.

Chosen
6
publika.az

1Sources