EN

Lökbatan Qobu yolunda qəza Yük maşını aşdı VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Lökbatan-Qobu yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 25-də səhər saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan 91-AI-475 dövlət nömrə nişanlı “Scania” markalı yük maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
avtosfer.az

1Sources