EN

Kristal Bakı inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı

ain.az, Marja.az saytına istinadən bildirir.

İnşaat fəaliyyətlərilə məşğul olan "Kristal Bakı" ASC 2024-cü ili 3 milyon 278 min manat xalis zərər ilə başa vurub. Şirkət 2023-cü ili 15 milyon 453 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Kristal Bakı" şirkətinin xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 12 milyon 175 min manat və ya  4,7 dəfə azalıb. Qeyd edək ki, "Kristal Bakı" layihələri üzrə 2024-cü ildən daha böyük məbləğdə gəlir əldə etməyə başlayıb. 

Marja.az Şirkətin maliyyə hesabatına xəbər verir ki, "Kristal Bakı" şirkətinin əsas əməliyyat gəlirləri 2023-cü ildə cəmi 52 min manata yaxın ikən, 2024-cü ildə 58 milyon 376 min manata yüksəlib. Beləliklə, Şirkətin əsas əməliyyat gəliri 2024-cü ildə 2023-cü illə müqayisədə 1100 dəfədən çox artıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

2024-cü ildə "Kristal Bakı" ASC-nin cəmi gəlirləri 67 milyon 986 min manat, cəmi xərcləri 72 milyon 81, vergidən əvvəlki zərər 4 milyon 95 min manat təşkil edib.

31 dekabr 2025-ci il tarixində "Kristal Bakı" ASC 668 milyon 722 min manat cəmi kativlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 445 milyon 201 min manat cəmi aktivlərə malik idi. 2024-cü ilin sonunda Şirkətin 33 milyon 409 min manat yığılmış zərəri olub (2023-cü ilin sonunda 30 milyon 131 min manat)

Qeyd edək ki, "Kristal Bakı" ASC-nin səhmdarları Vəliyev Pərviz Ağalar oğlu (50 faiz), Nəbiyev Fərid Elburus oğlu (25 faiz) və Nəbiyev Araz Məhayət oğludur (25 faiz).

Əlavə edək ki, Bakıda "Nəriman Nərimanov" metro stansiyası yaxınlığında inşa edilən və nəhəng yaşayış kompleksi olan “City Garden” "Kristal Bakı” ASC-yə məxsus layihədir. Şirkət ötən il bildirmişdi ki, qanunvericiliyin tələblərinə görə, “Kristal Bakı” ASC-nin gəliri avans olaraq qeydə alınıb, daşınmaz əmlakın tikintisi layihələri başa çatıb təhvil verildikdən sonra rəsmi gəlir kimi tanınacaqdır.

"“Kristal Bakı” ASC-nin audit yoxlamasını aparmış müstəqil audit təşkilatı audit yoxlamasının nəticəsini tərtib edərək “Kristal Bakı” ASC-ə və rəsmi dövlət qurumlarına təqdim etmişdir. Hər bir peşəkar maliyyəçinin bildiyi kimi tikinti-quraşdırma işləri yekunlaşmamış tikili, bina, mənzil və yaxud hər hansı bir daşınmaz əmlakın satışından gəlir IFRS-in (Beynəlxalq Maliyyə Hesabatı Standartları) təyin etdiyi standartlara əsasən sözügedən daşınmaz əmlakın tikintisi başa çatıb təhvil verildikdən sonra rəsmi olaraq tanınır. Buna görə də həmin hesabatlarda gəlir tanınmamış və inzibati xərclər zərər kimi əks etdirilmişdir",- Şirkət açıqlamasında bildirmişdi.

İş elanları AzVak.az-da

2024-cü ilin sonunda şirkətin işçilərinin sayı 1254 nəfər olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
1
marja.az

2Sources