EN

İnsanlar ac olduğu zaman bütün islami şüarlar, bütün ritorik açıqlamalar, bütün şüarlar hamısı keçir arxa plana

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran mətbuatında yayılan videoda Ürdünə aid Muvaffak Salti hava bazasına qarşı təhdid xarakterli görüntülər təqdim olunub və bu, ABŞ ilə artan gərginlik fonunda əks etdirilib. Həmin məlumatlarda, Tehranın yaxınlığında amerikalı əsgərlər üçün 5 000 məzarın hazırlandığı iddia edilib. İran rəsmiləri bu addımı təhlükəsizlik tədbiri kimi təqdim edərək yaxınlaşan müharibə ilə birbaşa əlaqələndirməyiblər.

Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın bu cür "romantik" hərbi manevrləri, hərbi mesajları olmaqdadır: “İranın islam dünyasında olan reytinqi bəllidir. İran, ümumiyyətlə şiəlik üçün çox ciddi problemdir. İran şiəlik deyil. İran şiəliyi öz siyasi maraqlarına alət edən bir dövlətdir. Şiəlik İran üçün yalnız və yalnız bölgə xalqları sömürmək, şiə müsəlmanların inancını sömürmək üçün, eləcə də Yaxın Şərqdə, İraqda, Yəməndə, Livanda zamanında Suriyada şiə dindar kütlənin idarə edilməsi üçün lazım olan bir alət idi.

İraq şiəliyinin İran şiəliyindən olduqca çox fərqi var. Ümumiyyətlə, ərəb şiəliyi ilə İran şiəliyi arasında çox ciddi fərqlər var. Yəni İraqda olan şiələrin özləri belə İran şiəliyi ilə çox qısqanc və gərgin münasibətlərə sahibdirlər. Bunu açıqlamasalar da, İrana qarşı qısqanc münasibət var. Yəni uzun illər boyu, İslam inqilabından bu yana, bu günə qədər “böyük şeytan” adlandırdığı və İslam dünyasını cihada çağırdığı Amerika Birləşmiş Ştatları ilə dialoqa gedir. Amerika ilə dialoqun olması belə, əslində İranın nüfuzuna və özünü təntənəli, şan şöhrətli göstərən İranın İslam Respublikası kimi özünü təlqin edən İranın nüfuzuna bir şapalaqdır”.

Rufiz Hafizoğlu

Rufiz Hafizoğlu qeyd edib ki, İslam inqilabından bu günə şiə müsəlmanları, eyni zamanda qismən bu inqilabdan təsirlənən sünniləri İran öz arxasınca aparmağa çalışıb, onlardan zəkat, xums, sədəqələr hesabına milyonlar toplayıb.

Politoloqun fikrincə, İran bu gün Birləşmiş Ştatlarla dialoqa gedirsə, demək ki, burada heç də hər şey olduğu kimi deyilmiş: “İran İslam Respublikası kimi Respublika kimi təsis olunduğu gündən etibarən bu günə qədər olan vəziyyətdə ən rəzil durumdadır. Bunlar hamısı siyasi romantizmdən başqa bir şey deyil. Çox ciddi iqtisadi böhran var, insanlar narazıdır. Dövlətin iqtisadi bir dayağı yoxdursa, dövlətin gələcəyindən danışmaq olmaz. İnsanlar bu islami şüarlarla - yəni yanlış anlaşılmasın, mən islama yetərincə hörməti olan birisiyəm və heç bir halda dindarların haqqına girmək istəmirəm - yeritmək olmaz. "Möhtəşəm İran xalqı", "möhtəşəm islam inqilabı" və s . İnsanlar ac olduğu zaman bütün islami şüarlar, bütün ritorik açıqlamalar, bütün şüarlar hamısı keçir arxa plana. Bu gün İran yayılma, imperializm siyasətinə başlayıb”.

“İranın Qarabağda olan münasibətini görmüşük. Eyni zamanda bu, tək Qarabağla kifayətlənmir. Bir çox münaqişələrə və İslam dünyasına İranın yanaşmasını nə olduğuna şahidik”-deyən siyasi şərhçi bildirib ki, bugünkü İran nə şiəlik, nə İslam, nə də dini-mənəvi dəyərlərlə əlaqəsi olmayan, yalnız öz "milli" fars maraqlarını açıq şəkildə lobbiçilik edən bir dövlətdir.

“İranın Birləşmiş Ştatlar tərəfindən vurulmasının, xarabalığa çevrilməsinin dətərəfdarı deyiləm. Əgər İranda belə bir ssenari olarsa, Suriya onun yanında bir belə bir çiçək olar. Yəni müqayisə olunmaz. Bu, eyni zamanda bizim üçün olduqca böyük riskdir, Türkiyə üçün riskdir. Eyni zamanda, digər qonşu ölkələr üçün də olduqca böyük fəsadlara gətirib çıxara bilər.

İranın bu gün yeganə çıxış yolu odur ki, ideoloji, siyasi, hərbi baxımından uduzmağını boynuna almalıdır. Bu gün İran hakimiyyətinin seçimi yoxdur. Müharibəyə getsə belə, İrandakı bugünkü hakimiyyət çox da uzun çəkməyəcək. Amma İrana hücum olunacağı təqdirdə, yerində sakit oturacaq ölkə də deyil”-deyə Rufiz Hafizoğlu qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
icma.az

1Sources