EN

Britaniya səfiri Gürcüstan XİN-ə ÇAĞIRILDI

Qaret Uord fevralın 26-da Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

Məlumata görə, səfir orada təxminən bir saat qalıb və mediaya heç bir şərh vermədən oradan ayrılıb.

Bir gün əvvəl Maka Boçorişvili açıqlamışdı ki, Böyük Britaniya səfiri Gürcüstanın “Imedi” və “POSTV” televiziya kanallarına tətbiq edilən sanksiyalarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. Nazir qeyd etmişdi ki, Gürcüstan tərəfi sanksiyaların tətbiqi qərarının əsaslarının izahını tələb edəcək.

Boçorişvili vurğulayıb: “Söz və ifadə azadlığından danışdığımızdan başqa, sanksiyalar məsələsi çox inandırıcı hüquqi əsaslar tələb edir”.

Qeyd edək ki, fevralın 24-də Böyük Britaniya “Imedi” və “POSTV”-ə sanksiyalar tətbiq edib. Londondan verilən açıqlamaya görə, sanksiyalar “Rusiya dezinformasiyası”nın yayılmasında iştirak edən qurumları hədəf alır.

Sanksiyalara aktivlərin dondurulması, aktivlərin idarə edilməsi ilə bağlı maliyyə xidmətlərinin göstərilməsinə qadağa və direktorların vəzifədən kənarlaşdırılması daxildir. Sanksiya sənədində qeyd olunur ki, “Imedi” və “POSTV” “Rusiyanın Ukraynaya işğalı” ilə bağlı qəsdən yanlış məlumat yayırlar.

Aminə ŞAHSUVARQIZI

Chosen
12
redaktor.az

1Sources