EN

HÜQUQ qoruyucumuz, dar gündə dayağımız DAXİLİ İŞLƏR NAZİRİMİZƏ MƏĞRUR BƏDƏLSOY YAZIR

Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qazi baş redaktor Vüqar Tofiqoğlunu qorumaq diləyi

Günləri saya-daya savaş dostumuz Qazi Vüqar Tofiqoğlunun şərlənib tutulmasının dörd ayını yola veririk. Bizə nə var, pis-yaxşı HÜRRİYYƏTin dadını çıxarırıq, AZADLIQ kameralarında ömür sürürük. Biz nə bilək AZADLIQ nə olan şeydir, onu azadlığı əlindən alınanlar bilər. Dədə Məmməd- şair Məmməd İlqar demiş: “Adam olsun, ağac olsun , quş  olsun- Qəfəsə düşmüş olsun. Aylar, illər demirəm, lap elə bircə günlük, bircə saatlıq. Bax o adam bilər, o ağac bilər, o quş bilər – nə şeydi AZADLIQ!”

Azadlıqda olsaq da, əl-qolumuz bağlıdır, əlimiz heç yana çatmır,  savaş dostumuza sözdə AZADLIQ diləməkdən özgə. Bir də qazi savaş dostlarımızın hüquqi yardımına ehtiyacımız var. Neyləyək, məhkəmə məhkəmə olsaydı, dövlətə xəyanət ittihamının “hədə-qorxu” ilə mülki müqavilə bağlatmaq “cinayətinə” yapışmadığını sübut edərdik. Nə yazıq, məhkəmə kənardan verilən,  yazılan sifarişi oxumaqla “hüquq müdafiəçiliyi” edir.

 Bizim gerçək hüquq qoruyucumuz, “Azərbaycan bayrağı”, “Zəfər” ordenli döyüşçü QAZİ daxili işlər nazirimiz Vilayət Süleyman oğlu Eyvazova üz tutmağımız da təbiidir. Sayğılı nazirimizdən, savaş dostumuzdan Qazi Vüqar Məmmədovun azadlığına dəstək olmağı, onun polisin nəzarəti altında qətiimkan tədbiri çərçivəsində istintaq olunmasına yardımçı olmağını diləyirik. Hər məmura, hər nazirə “sayğılı nazirim(iz)”  deyimi nəsib olmur. Daxili işlər naziri(miz) Vilayət Eyvazov bu adı özü qazanıb. Gerçək hüquq qoruyucusu, dar gündə darda olanların himayəçisi olmaqla. Sayğılı nazirimizdən Vüqar Məmmədovun ağır sağlamlıq durumunu gözə alıb, barəsində seçilən qətiimkan tədbirinin polisin nəzarətinə verilməsinə dəyişdirilməsini, bizi qəbul etməsini diləyirik.

…Bir həftədir müqəddəs Ramazan günlərini yaşayırıq. Ulu Peyğəmbərimiz deyib: “Bir gün və bir gecə sərhəd boyunca keşik çəkmək - gündüzləri orucla, cecələri ibadətlə keçirilən bir ildən daha faydalıdır”. Peyğəmbərimizin qazilərə verdiyi dəyəri, heç olmasa, orucluq ayında dəyərləndirmək olarmı?

Məğrur BƏDƏLSOY

Qarabağ Qazilərinin Qazi Vüqar Məmmədovu Müdafiə Komitəsinin baş katibi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
hurriyyet.az

1Sources