EN

Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq

Moskva, 26 fevral, AZƏRTAC

Dağıstandakı “Ozon” marketpleysin logistika mərkəzi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasının bir hissəsi olacaq.

AZƏRTAC xəbər verir ki, Dağıstanın sənaye və ticarət naziri Nizam Xəlilovun sözlərinə görə, bu mərkəz məhsulların tədarükü və paylanması üçün əsas vasitəyə çevrilə bilər, o cümlədən Azərbaycana ixrac imkanlarını genişləndirəcək, digər qonşu ölkələrlə iqtisadi-ticari əlaqələri gücləndirəcək.

Tübe qəsəbəsində yerləşən anbar və çeşidləmə kompleksinin birinci mərhələsinə investisiya 14 milyard rublu (183 milyon dollardan çox) keçib.

Şimali Qafqazın ən böyük marketpleys obyekti olacaq mərkəzin ikinci mərhələsinin 2026-cı ilin ikinci rübündə Kumtorkalinski rayonunda açılması planlaşdırılır. Tikinti başa çatdıqdan sonra kompleksin gücü gündə 900.000 sifarişə çatacaq.

Nizam Xəlilovun sözlərinə görə, “Tübe” sənaye parkının ikinci mərhələsi ümumi sahəsi 70.000 kvadratmetr olan dörd əlavə binanın tikintisini əhatə edir. Mərkəz eyni vaxtda 30 milyon vahidə qədər məhsul saxlaya biləcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
3
2
azertag.az

3Sources