EN

Naftalanda “Xocalı soyqırımı və suverenliyimizin bu günü” mövzusunda tədbir keçirilib

Naftalanda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “Xocalı soyqırımı və suverenliyimizin bu günü” mövzusunda tədbir keçirilib.

Öncə tədbir iştirakçıları, Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərə və Xocalıya həsr olunmuş kitablara baxış keçiriblər.

Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Kəmalə Hüseynova bildirib ki, Xocalı soyqırımı Azərbaycan xalqının erməni faşizmi tərəfindən məruz qaldığı ən acı xatirədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, Ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olunub və həmin ərazilərimizə, o cümlədən Xocalıya həyat yenidən qayıdır.

YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov çıxış edərək  Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Xocalı soyqırımına dövlət səviyyəsində qiymət verildiyini, ən əsası da dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” kampaniyasından söz açaraq bu kampaniya çərçivəsində Xocalı soyqırımının dünyada tanındığını bildirib.

Tədbirdə çıxış edən digər natiqlər Xocalı soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə xalqımızın yaddaşında heç zaman unudulmayan bir tarix səhifəsi olduğunu bildiriblər. Qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Chosen
12
1
yeniazerbaycan.com

2Sources