AzVision.az xəbər verir ki, məsləhətləşmələrlə tanış mənbələrə istinad edən “CNN” telekanalının iddiasına görə, son həftələrdə Pentaqonda qapalı görüşlər keçirən general Den Keyn məlumat sızması riskini minimuma endirmək üçün xüsusi “Tank” otağında ənənəvi görüş formatından yayınıb. Daxili müzakirələr zamanı o, İrana qarşı potensial kampaniyanın mürəkkəbliyini və bunun Amerika qoşunları üçün potensial nəticələrini diqqətə çatdırıb.
Ağ Evlə fikir ayrılıqları
Generalın ritorikası Trampın İrana qarşı hərbi əməliyyatın sürətli və uğurlu ola biləcəyini dəfələrlə irəli sürdüyü ictimai açıqlamaları ilə ziddiyyət təşkil edir.
“Den Keyn yalnız bir şeyi - necə qalib gəlməyi bilir və əmr verilsə, hücuma rəhbərlik edəcək”,- Amerika lideri sosial mediada yazıb.
Ağ Ev BQRK sədrinin prezidentə siyasi məqsədəuyğunluq ehtivası olmadan“tam seçimlər spektri” təqdim etdiyini vurğulayır. Administrasiyanın mətbuat katibi son qərarlarınprezidentin qəbul etdiyini diqqətə çatdırıb.
Bununla belə, mənbələrin dediyinə görə, “Vəziyyət Otağı”nda keçirilən görüşlərdən birində Den Keynplanlaşdırıldığından xeyli çox müddət ərzində davam edən İranda potensial rejim dəyişikliyi əməliyyatının proqnozlaşdırılan nəticəsinə zəmanət verə bilməyib.
Mark Millinin aqibətinin verdiyi dərs
General, sələfi Mark Millinin dövründə olduğu kimi, prezidentlə açıq qarşıdurmadan qaçmağa çalışır. Donald Trampın ilk prezidentliyi dövründə Mark Milli Amerika lideri ilə tez-tez açıq və özəl şəkildə toqquşurdu. Keyn daha ehtiyatlı taktika seçib -birbaşa qarşıdurmadan qaçmaqla yanaşı, peşəkar mövqeyini qapalı formatda çatdırmaq.
Müdafiə Nazirliyindəki bəzi şəxslər onun prezidentlə ünsiyyətində“zərbələrə dözdüyünü” düşünürlər. Bunu təkzib edən BQRK-nın sözçüsü general Den Keynin bütün risklərə əsaslanaraq hərbi məsləhət vermək kimi qanuni rolunu yerinə yetirdiyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az