Xəbər verdiyimiz kimi, Azərbaycan Dəmir Yolları QSC Bakı sürətli qatarının yeni Yeni Suraxanı – Hövsan xəttinin layihələndirilməsinə başlayıb. Bu layihənin 2026–2027-ci illərdə başa çatdırılması planlaşdırılır. Pravda.az Ölkə.az-a istinadən xəbər verir ki, layihə üçün aktiv hazırlıq işlərinə artıq start götürüb.
Â
Xüsusilə Bakının Suraxanı rayonundakı dəmir yolu təhlükəsizlik zonasında yerləşən qanunsuz tikilmiş yaşayış binalarının inventarlaşdırılması aparılıb.
Â
Söküntü işlərinə bu ilin yazın sonu və yayın əvvəlində başlanması nəzərdə tutulub.
Â
Bu binaların illər əvvəl müvafiq sənədləşmə olmadan tikilməsinə baxmayaraq, sakinlər kompensasiya alacaqlar.