"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa komandasının Çempionlar Liqasının 1/8 finalına yüksəlməsi ilə bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, "Kral klubu"nun rəsmi saytı məşqçinin fikirlərini belə təqdim edib:
"Əla ilk hissə keçirdik, amma ikinci hissədə "Benfika" bizə çox təzyiq göstərdi və vəziyyəti çətinləşdirdi. Xoşbəxtlikdən, tez bir zamanda hesabı bərabərləşdirə bildik. Arda Gülərin qolunun hesaba alınmaması çox təəssüf doğururdu. Vinisiusun vurduğu möhtəşəm qola görə şadam, çünki o, buna layiqdir. Mbappe olmadıqda o, bizioç üçün daha da önəmlidir.
İnsanlar "Mançester Siti"yə qarşı oynamağa öyrəşiblər. Çünki bu, altı və ya yeddi ildir ki, davam edir. Əminəm ki, biz onlarla yenidən qarşılaşacağıq. Rəqibin əhəmiyyəti yoxdur, çünki bu, inanılmaz dərəcədə çətin bir matç olacaq, xüsusən də cavab oyununu səfərdə oynayacağımızı bilirik. Hər iki potensial rəqib çətin rəqib olacaq".
Xatırladaq ki, "Real Madrid" ilk oyunda "Benfika"nı 1:0, ikinci oyunda isə 2:1 hesabı ilə məğlub edib.
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması 27 fevral cümə günü keçiriləcək.