EN

Sumqayıtda 8 aylıq hamilə xəstəxanada ölüb

Sumqayıt Tibb Mərkəzi hamilə qadının ölümü ilə hadisəyə münasibət bildirib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, fevralın 26-da gecə saat 2 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1996-cı il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub.

Pasiyentə naməlum mənşəli komatoz vəziyyət, aqonal hal diaqnozları təyin edilib və zəruri tibbi yardım göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun saat 02:30-da bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbləri təşrihin nəticələrindən sonra məlum olacaq.

*** 13:59

Sumqayıt şəhərində 8 aylıq hamilə xəstəxanada həyatını itirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında (TTYX) qeydə alınıb.

32 həftəlik hamilə olan 1996-cı il təvəllüdlü Ayşa Əfəndi qızı Andriaşvili komatoz vəziyyətdə Sumqayıt şəhər TTYX-yə çatdırılıb.

O, tibb müəssisəsində qəflətən ölüb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Chosen
3
2
far.az

3Sources