EN

“Gürcüstan Vensin Ermənistan və Azərbaycana səfərini müsbət qiymətləndirir” - Gürcüstan XİN rəhbəri

“Gürcüstan ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfərini müsbət qiymətləndirir”.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər Maka Botçorişvili deyib.

Onun sözlərinə görə, bu səfər ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülhün bərqərar olmasına önəm verdiyini göstərir.

Siyasətçi bildirib ki, Tbilisi də bu prosesə öz töhfəsini verir.

Ermənistan və Azərbaycan arasındakı kommunikasiya yollarının açılması halında Gürcüstanın regional proseslərdən kənarda qala biləcəyi iddialarına toxunan Botçorişvili qeyd edib ki, Gürcüstanın rolunu qiymətləndirməmək olmaz.

"Heç kim alternativ yolların mövcudluğunu istisna etmir və bunda heç bir qəbahət yoxdur", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
16
missiya.az

1Sources