EN

İsraildən Almaniyaya JEST: Berlinə elə bir hərbi sistem verildi ki…

İsrailin “Aviation Industry” hərbi sənaye konserni Almaniyanın Atlas şirkəti ilə birgə hazırlanan avtonom sualtı qayığını Almaniya Hərbi Dəniz Qüvvələrinə təhvil verib. Atlas şirkəti “ThyssenKrupp” konserninin törəmə müəssisəsidir.

KONKRET.az xəbər verir ki, təhvilvermə mərasimi Ekkernförde hərbi-dəniz bazasında keçirilib.

2023-cü ildə ilk dəfə təqdim olunan “BlueWhale”, Almaniya donanmasına insanlarsız dəniz əməliyyatlarında və qarşısı alınması çətin olan sualtı missiyalarda dəstək göstərmək məqsədilə hazırlanıb. Aparat Baltik dənizində sınaqlardan keçib, hansı ki, Almaniya Hərbi Dəniz Qüvvələrinin bəyanatına görə, “ən mürəkkəb və tələbkar əməliyyat zonalarından biridir”.

Sualtı qayıq dəniz və sahil hədəflərinin aşkarlanması üçün radar və elektrooptik sistemlərlə təchiz edilib.

Bundan əlavə, “BlueWhale” kəşfiyyat məlumatları toplamaq, pilotlu və pilotsuz sualtı qayıqları müəyyən etmək, həmçinin dəniz minalarının xəritəsini hazırlamaq üçün hidroakustik sistemlərlə təmin olunub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
11
1
konkret.az

2Sources