EN

"Nyukasl" – "Qarabağ" matçı azarkeş sayına görə dördüncü yerdə qərarlaşıb

İngiltərədə "Nyukasl" və "Qarabağ" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavabı oyunu azarkeş sayına görə dördüncü pillədə qərarlaşıb.

"Far.Az"un məlumatına görə, sözügedən matçı tribunalardan 50 068 tamaşaçı izləyib.

Cavab qarşılaşmaları arasında ən çox fanat "Real" (İspaniya) - "Benfika" (Portuqaliya) duelində (2:1) qeydə alınıb. Bu görüşdə 76 745 tərəfdar olub.

"İnter" (İtaliya) - "Budyo Qlimt" (Norveç) oyunu (1:2) 70 441 azarkeşlə ikinci, "Atletiko" (İspaniya) - "Brügge" matçı 66 756 tərəfdarla üçüncü yeri tutub.

Qeyd edək ki, "Qarabağ" səfərdəki görüşdə rəqibinə 2:3 hesabı ilə uduzub.

Chosen
18
2
far.az

3Sources