Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bloqer Hüseyn Həsənov “çirkli pulların yuyulması” ittihamı üzrə təqsirini qəbul etməyib.
Lent.az xəbər verir ki, bu məlumatı onun vəkili açıqlayıb.
Bundan əvvəl Rusiyada prokurorluq Həsənova qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. İttihama əsasən o, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulmasında təqsirli bilinir. Hüseyn Həsənov barəsində qiyabi həbs qərarı çıxarılıb və o, axtarışa verilib.
İstintaq müəyyən edib ki, fərdi sahibkar kimi fəaliyyət göstərən Həsənov real gəlirlərini gizlədib və Rusiya büdcəsinə 170 milyon rubldan artıq məbləğdə vergi ödəməyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.