EN

"Neftçi" - "Qarabağ" matçı nə vaxt keçiriləcək?

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni dayandırmasından sonra diqqətlər Azərbaycan Premyer Liqasına yönəlib. Bu həftəsonu çempionluq yarışının ən vacib qarşılaşmalarından biri baş tutacaq.

Martın 1-də son çempion Ağdam təmsilçisi çempionatın hazırkı lideri "Sabah"ı Tofiq Bəhramov adın Respublika Stadionda qəbul edəcək. Hazırda komandalar arasında 7 xal fərq var. Bu o deməkdir ki, tərəflər üçün bu görüş olduqca vacibdir.

Lakin "Qarabağ" "bayquşar"la müqayisədə bir oyun az keçirib. Bu isə fevralın 21-də, 21-ci tur çərçivəsində baş tutmalı olan "Neftçi" ilə səfər qarşılaşmasıdır. Bu görüş də hər iki komanda üçün vacibdir. Azərbaycan derbisinə böyük maraq da var. Bu görüşün yeni tarixini hər kəs səbirsizliklə gözləyir.

Bu məqamı nəzərə alaraq çempionatın təşkilatçısı Peşəkar Futbol Liqasına müraciət etdik. Qurumun Media və marketinq direktoru Sənan Abdullayev Publika.az-a açıqlamasında bunu bildirdi:

"Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra bu görüşün vaxtı ilə bağlı danışa bilərik".

Chosen
5
publika.az

1Sources