EN

Azərbaycanda bir qoyun neçə manata sığorta olunur?

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkədə kənd təsərrüfatına və fermerlərə dəstək, müxtəlif hadisələr nəticəsində təsərrüfatlara dəymiş zərəri qarşılamaq üçün Azərbaycan Prezidentinin 19 avqust 2019-cu il tarixli fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 

Azpost.info AzFood portalına istinadən bildirir ki, fond əkin sahələri, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını müxtəlif risklərdən sığortalayır. Bura təbiət hadisələri, dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti və sair aiddir. Heyvandarlıq təsərrüfatları isə əlavə olaraq yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, ilan və həşərat sancması kimi risklərdən sığortalanır.

Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.

Belə ki, heyvandarlıq təsərrüfatlarında əgər 1000 manatlıq mal-qara varsa illik sığortası 24 manat, 300 manatlıq xırdabuynuzlu heyvanın sığortalanması isə cəmi 7 manata başa gəlir.

AzPost.az

PaylaÅŸ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
1
azpost.info

2Sources