EN

1,7 trilyonluq şok: Büdcə kəsiri Rusiyanı çətin vəziyyətə saldı

Prezident neft və qaz gəlirlərinin azalması səbəbindən Rusiya büdcəsində yaranmış vəziyyəti hökumətlə mütəmadi olaraq müzakirə edir.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, neft-qaz gəlirlərində azalma müşahidə olunur, lakin bu geriləmə qismən qeyri-neft-qaz daxilolmalarının artımı hesabına kompensasiya edilir.

"İqtisadiyyatın dayanıqlılığı və makroiqtisadi sabitlik bütün xərc öhdəliklərini yerinə yetirməyə imkan verir", Peskov vurğulayıb.

Kremlin sözçüsü, həmçinin baş nazir Mixail Mişustinin prezidentin hökumət üzvləri və Mərkəzi Bank rəhbərliyi ilə büdcə vəziyyətini və kəsirin kompensasiyası tədbirlərini müzakirə etməsi barədə açıqlamasını təsdiqləyib.

Chosen
7
1
publika.az

2Sources