EN

Ömer Bolat: "Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı strateji tərəfdaşlığın nümunəsidir"

Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı dünya ölkələri üçün strateji tərəfdaşlığın nümunəsidir.

Aznews.az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat Gürcüstanın Kaxeti regionunda keçirilən VII Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda bildirib.

O, üç ölkə arasında iqtisadi inteqrasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb: "Enerji, nəqliyyat, dəniz limanı və hava limanı əməliyyatları, informasiya texnologiyaları və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət daşıyır. Hökumət rəsmilərinin əsas vəzifəsi isə biznes üçün əlverişli mühit yaratmaq, investisiya və ticarət sahəsində mövcud maneələri aradan qaldırmaqdır".

Türkiyəli nazirin sözlərinə görə, qonşu ölkələr ilk növbədə yaxın tərəfdaşlarla ticarət əlaqələrini inkişaf etdirirlər: "Bu baxımdan, Azərbaycan və Gürcüstan ilə Türkiyə arasında daha sıx iqtisadi inteqrasiyanın inkişaf etdirilməsi vacibdir. Üç ölkə arasında əməkdaşlıq təkcə qonşuluq münasibətlərinə deyil, həm də dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır. Ölkələr bir-birindən iqtisadi və ticari baxımdan asılı olan tərəfdaşlar kimi çıxış edir.

Chosen
2
1
aznews.az

2Sources