EN

Planetlərin keçidi baş tutacaq Bu tarixdə...

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

2026-cı ildə astronomiya həvəskarlarının diqqətini çəkən nadir göy hadisəsi – Planet Keçidi reallaşacaq.

Qaynarinfo xəbər verir ki, bu möhtəşəm hadisədə Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun olmaqla altı planet eyni istiqamətdə sıralanacaq.

Planet Keçidi nədir?

Planet Keçidi Günəş Sistemi üzərindəki bir neçə planetin, Yer səthindən baxdıqda göydə eyni istiqamətə yaxın bir xətt üzrə düzülmüş kimi görünməsidir. Planetlər Günəş ətrafında oxşar müstəvidə döndükləri üçün zaman-zaman 4, 5 və ya 6 planet eyni axşam və ya səhər saatlarında birlikdə müşahidə oluna bilər.

2026-cı ilin Planet Keçidi nə vaxt olacaq?

2026-cı ilin 28 fevral, cümə günü Planet Keçidi baş verəcək. Bu tarixdə Günəşdən qərb üfüqə doğru qısa müddət ərzində 6 planet bir arada görünəcək.

Hansı planetlər bir araya gələcək?

Hadisədə Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun birlikdə müşahidə olunacaq. Hava şəraitinin əlverişli olması halında Merkuri, Venera, Yupiter və Saturn gözlə, Uran və Neptun isə yalnız dürbün və teleskopla görünə biləcək.

2026-cı ilin 28 fevral Cümə günü baş verəcək Planet Keçidini Azərbaycandan da izləmək mümkündür. Hadisə gün batımından dərhal sonra qərb üfüqünə baxaraq müşahidə olunacaq.

Aydın şəkildə görünən planetlər Venera, Yupiter, Saturn və Merkuri olacaq. Dürbün və ya teleskopla izlənə bilən planetlər isə Uran və Neptun olacaqş

Planetlərin müşahidəsi isə gün batımından sonra təxminən 30–60 dəqiqə olacaq.

Planetləri müşahidə etmək üçün ən əlverişli hava şəraiti açıq göy, şəhər işıqlarından uzaq məkanlar olacaq.

Qeyd etmək lazımdır ki, hava şəraiti (buludluluq, çiskin və s.) müşahidənin keyfiyyətinə birbaşa təsir göstərir. Açıq və sərin bir axşam, bu nadir astronomik hadisəni izləmək üçün ideal şərait yaradır.

Günay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
qaynarinfo.az

1Sources