EN

Biz separatçılıqdan, terroçuluqdan qurtulmağın Azərbaycan modelini ortaya qoyduq” Deputat

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Azərbaycan dövləti beş il əvvəl İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə əldə etdi. Ondan sonra həyata keçirilən bir günlük antiterror əməliyyatları ilə ərazi bütövlüyünmüzü və suverenliyimizi tam bərpa etdik. İlk günlərdən başlayaraq  30 il ərzində işğalda qalan və faktiki olaraq xarabalığa çevrilən ərazilərimizi yenidən dirçəltməyə başladıq. Çox böyük infrastruktur layihələri həyata keçirilir, abadlıq-quruculuq işləri görülür. Böyük Qayıdış konsepsiyası işlənib hazırlanıb ki, artıq o çərçivədə təxminən 50 min soydaşımız öz doğma yurduna qayıdıb”. 

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti mütamadi olaraq azad olunmuş ərazilərə səfər edir. Hər səfər zamanı da yeni layihələrin gerçəkləşməsinə şahidlik edirik. Sözün həqiqi mənasında çox nəhəng işlər görülüb.

“Prezident İlham Əliyev Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində növbəti dəfə Xocalı və Xocavənd rayonlarına səfər etdi, görülmüş işlərlə yerində tanış oldu, görüləcək işlərlə bağlı tapşırıqlarını verdi. Biz 34 il bundan əvvəl çox böyük bir faciə yaşadıq, bu, təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı həyata keçirilən bir soyqırım, müharibə cinayəti, misli görünməmiş vəhşilik, vandal aktı idi. İşğal müddətində minlərlə insanımız qətlə yetirildi, amansız işgəncələrə məruz qaldı. Bu günlərdə Bakıda başa çatan məhkəmə prosesində həmin faciələri yaşamağımıza səbəb olan cinayətkarların bir qisminə hökm oxundu. Bu, əslində Azərbaycana qarşı cinayətlərdə əli olmuş şəxslərin hər birinin məhkəməsi idi. Bu, Ermənistanın işğalçılıq siyasətinə üzərində qurulmuş məhkəmə idi ki, biz ədalətin yenidən bərpa olunması prosesinə şahidlik etdi. Bəzi cinayətkarlar – sarkisyanlar, köçəryanlar, ohanyanlar hələ də mühakimədən kənarda qalıblar, amma bundan sonrakı fəaliyyətimizi ona istiqamətləndirməliyik ki, bu cinayətkarlar da Azərbaycan qanunvericiliyi qarşısında dayansınlar, əməllərinə görə cavab versinlər. Bəşəriyyətə qarşı həyata keçirilmiş bu vandalizm aktında əli olan hər kəs layiqincə cəzalandırılsın”, - deputat söyləyib. 

Əlavə edib ki, bu gün Xocalıda, bütün azad edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalanır: “Bərpa-quruculuq işləri Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirir, xalqımızın yenilməzliyini göstərir. Bu mənada təbii ki, qürurluyuq, proseslər davam edəcək və biz ərazilərimizdə bərpa işlərini tam olaraq həyata keçirəcəyik”.

A.Əlizadə hesab edir ki, Azərbaycan təkcə ərazi bütövlüyünü və suverenliyini bərpa etmədi, eyni zamanda, separatçılıqdan terroçuluqdan qurtulmağın Azərbaycan modelini ortaya qoydu: “Necə ki, İkinci Qarabağ müharibəsində bir hərbi performans göstərdik, son nəsil silahlardan istifadə etməklə, torpaqlarımızı qısa müddət ərzində azad etdik, bərpa-quruculuq işlərində də bir nümunə ortaya qoymuş olduq. Bundan sonra görüləcək işlər, davamlı quruculuq prosesi təbii ki, bütün dünyaya Azərbaycan nümunəsi olaraq təqdim olunacaq”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
525.az

1Sources