EN

“Gürcüstan Vensin regiona səfərini müsbət qiymətləndirib” Boçorişvili

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Gürcüstan ABŞ-ın vitse-prezidenti J.D. Vensin Ermənistan və Azərbaycana səfərini müsbət qiymətləndirib”.

525.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

Əlavə edib ki, bu səfər ABŞ prezidenti Donald Trampın Cənubi Qafqazda sülhün bərqərar olmasına böyük əhəmiyyət verdiyini nümayiş etdirir.

Onun sözlərinə görə, Tbilisi də bu prosesə öz töhfəsini verir.

Ermənistan və Azərbaycan arasında nəqliyyat marşrutlarının açılması halında Gürcüstanın regional proseslərdən kənarda qala biləcəyi iddialarına münasibət bildirən Boçorişvili qeyd edib ki, heç kim alternativ marşrutların mövcudluğunu istisna etmir və burada heç bir problem yoxdur.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
525.az

1Sources