EN

Rusiya orduda döyüşən xarici vətəndaşları təhvil verməyəcək

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Dövlət Duması plenar iclasda Silahlı Qüvvələrdə müqavilə əsasında xidmət etmiş və döyüş əməliyyatlarında iştirak etmiş xarici vətəndaşların digər ölkələrə cinayət təqibi üçün verilməsini qadağan edən qanunu yekun oxunuşda qəbul edib.Bizim.Media xəbər verir ki, yeni qanun vətəndaşlığı olmayan şəxslərə də şamil olunur, yəni Rusiya Silahlı Qüvvələrində və ya digər hərbi birləşmələrdə müqavilə ilə xidmət etmiş və döyüşlərdə iştirak etmiş şəxslər ekstradisiya olunmayacaq.Qanun layihəsi Rusiya hökuməti tərəfindən təqdim edilib və Cinayət-Prosessual Məcəllənin 464-cü maddəsinə dəyişiklikləri nəzərdə tutur.Yeni müddəalara əsasən, əgər xarici dövlət Rusiya Silahlı Qüvvələrində müqavilə ilə xidmət etmiş və döyüş əməliyyatlarında iştirak etmiş xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin verilməsini tələb edərsə, Rusiya hakimiyyəti ekstradisiyadan imtina etməlidir.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
bizim.media

2Sources