İsveçrə millisinin və Dortmund "Borussiya"sının qapıçısı Qreqor Kobel karyerasını İspaniya nəhəngində davam etdirə bilər.
Fanat.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, onun xidmətində "Real Madrid" maraqlıdır.
Məlumata görə, "kral klubu" 28 yaşlı futbolçunu Tibo Kurtuanın yerinə ən layiqli namizəd sayır.
Kurtuanın Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında bitəcək və sözləşmənin yenilənməsi üçün danışıqlar aparılmır.
Kobel 2021-ci ildən "Borussiya"nın uğurları üçün çalışır.
Toğrul