EN

ABŞ də miqrantların deportasiyası dayandırılır?

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin Massaçusets bölgə hakimi Brayan Mörfi Prezident Donald Tramp administrasiyasının qeyri-qanuni miqrantları vətəndaşı olmadıqları üçüncü ölkələrə deportasiya etmək siyasətinin "hüquqa zidd" olduğuna dair qərar çıxarıb.

"Cebheinfo.az" xəbər verir ki, "The Washington Post"un məlumatın görə, hakim Mörfi ABŞ administrasiyasının qeyri-qanuni miqrantları öz ölkələri olmayan kənar dövlətlərə göndərmə siyasəti ilə bağlı qəti mövqeyini açıqlayıb.

Üçüncü ölkələrə deportasiya qərarını "qanunsuz" hesab edən Mörfi, bu şəxslərə deportasiya qərarlarına hüquqi müstəvidə etiraz etmələri üçün daha çox vaxt verilməli olduğunu bildirib.

Hakim həmçinin hökumətə qərardan apellyasiya şikayəti vermək üçün 15 gün vaxt tanıyıb.ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən (DHS) verilən açıqlamada isə "DHS-nin hüquqi səlahiyyətlərindən istifadə etməsinə və qeyri-qanuni miqrantları onları qəbul etməyə hazır olan istənilən ölkəyə deportasiya etməsinə icazə verilməlidir" ifadəsi işlədilib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi tərəfindən 13 fevralda dərc olunan hesabatda qeyd olunub ki, Tramp administrasiyası 2025-ci ildə yüzlərlə miqrantı vətəndaşı olmadıqları ölkələrə deportasiya etmək üçün 40 milyon dollardan çox vəsait xərcləyib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
cebheinfo.az

2Sources