EN

UNA Media Peşəkarlığı mükafatları təqdim olunub

Qahirə, 26 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-ə üzv Dövlətlərin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) və İslam Dünyası Liqasının birgə təşkilatçılığı ilə Ramazan Forumu keçirilib. Tədbirdə UNA-ya üzv agentliklərin nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak edib. AZƏRTAC-ı forumda İdarə Heyətinin üzvü Elşən Şahbalayev təmsil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İslam dünyasında birlik və bərabərliyin möhkəmləndirilməsində medianın rolu, “İslam məzhəbləri arasında körpülərin qurulması” adlı sənədin əhəmiyyəti barədə danışılıb.

UNA-nın Baş direktoru Məhəmməd bin Əbdrəbbih əl-Yami həqiqətin üzə çıxarılmasında və cəmiyyətə çatdırılmasında medianın təsiredici gücə malik olduğunu vurğulayıb, rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətinə toxunub.

İslam Dünyası Liqasının Baş katibi, İslam Alimləri Şurasının sədri doktor Məhəmməd bin Əbdülkərim əl-İsa çıxışında “İslam məzhəbləri arasında körpülərin qurulması” adlı sənədin İslam fikrində tolerantlıq və mötədillik dəyərlərinin möhkəmlənməsində, eləcə də radikallığa qarşı mübarizədə rolu barədə danışıb.

Daha sonra UNA-nın fəaliyyətindən bəhs edən video təqdimat olub.

Tədbirin sonunda UNA Media Peşəkarlığı mükafatları təqdim olunub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
5
azertag.az

1Sources