EN

“Neftçi”dəkilər sevinir – O, qayıtdı

Yuri Vernidubun gəlişindən sonra 6 oyunda 4 qələbə və 2 heç-heçə edərək turnir cədvəlindəki vəziyyətini nisbətən yaxşılaşdıran “ağ-qaralar” növbəti oyuna hazırlaşır.

“Qarabağ”la matç təxirə salındığına görə hazırlıq üçün əlavə vaxt qazanan bakılılar şənbə günü “Şamaxı”nın qonağı olacaq.

“Araz-Naxçıvan”la oyunda topuğundan zədələnən Freddi Varqas “Kəpəz”lə səfər qarşılaşmasının ikinci yarısında meydana çıxmışdı

Daha bir futbolçunun sıraya dönməsi ukraynalı çalışdırıcının könlünü oxşayıb.

Zədə səbəbindən son oyunlarda iştirak edə bilməyən Sessi D’Almeyda sıraya qayıdıb.

Benin millisinin şərəfini qoruyan dayaq yarımmüdafiəçi bu gündən etibarən kollektivlə birgə “Şamaxı” ilə görüşün hazırlıqlarında iştirak edəcək.

Vernidub şans versə, Sessinin ikinci hissədə meydana çıxmasında problem olmayacaq.

Fevralın 28-də Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:30-da başlayacaq.

HƏBİB

Chosen
14
sportinfo.az

1Sources