EN

Türkiyənin qəzaya uğrayan F-16 təyyarəsi naməlum obyektə görə havaya qaldırılıbmış – VİDEO

Türkiyəyə məxsus F-16 qırıcı təyyarəsi çərşənbə gecəsi Bolqarıstan sərhədi yaxınlığında radarlarda naməlum obyektin görünməsi səbəbindən havaya qaldırıldıqdan sonra qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Zeki Aktürk yayıb.

Onun sözlərinə görə, pilot katapult etməyə cəhd göstərib.

Bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Balıkəsir şəhəri yaxınlığında qəzaya uğradığı barədə məlumat yayılmışdı.

Xatırladaq ki, hadisə zamanı pilotlardan biri şəhid olub.


Bizim.Media

Chosen
15
1
bizim.media

2Sources