Çin Fridrix Merzlə görüşdə kunq-fu bilən döyüş robotlarını nümayiş etdirib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Çin tərəfi ölkədə səfərdə olan almaniyalı siyasətçi Fridrix Merzin şərəfinə maraqlı təqdimat keçirib.
Nümayiş zamanı Çinin ən müasir texnoloji nailiyyətlərindən sayılan unikal döyüş robotları nümayiş etdirilib.
Sözügedən robotlar ənənəvi Çin döyüş sənəti olan kunq-fu texnikasına tam sahibdirlər. Onların yüksək sürətlə hərəkət etməsi və mürəkkəb döyüş fəndlərini yerinə yetirməsi Merzin böyük marağına səbəb olub.
Mütəxəssislərin fikrincə, bu cür texnologiyalar gələcək döyüş meydanlarında qüvvələr nisbətini tamamilə dəyişə bilər.
Təqdimatın məqsədi Çinin süni intellekt və robototexnika sahəsində əldə etdiyi hərbi-sənaye üstünlüyünü nümayiş etdirmək olub.
Xuraman Etibarlı
İnterpress.az