EN

Xocalı soyqırımı uşaqlara necə çatdırılmalıdır? - Pedaqoqdan tövsiyələr

Xocalı soyqırımı bizim milli yaddaşımızın ayrılmaz hissəsidir. Bu faciəni böyükdən kiçiyə hər kəsin bilməsi, anlamağa çalışması hər birimizin vətəndaşlıq borcudur.

Bəs böyüklər bu və digər tarixi faciələrimizi uşaqlara necə çatdırmalıdır?

Redaktor.az-a danışan pedaqoq, Valideyn Məktəbinin təsisçisi, "Green Start Academy" Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə bildirdi ki, uşaqlara Xocalı faciəsi və digər tarixi faciələrimiz haqqında məlumat vermək üçün onların yaşına və psixoloji hazırlığına uyğun bir yanaşma seçməyimiz mütləqdir:

"Burada əsas məqsəd nifrət aşılamaq deyil, ədalət duyğusunu, sülhə və insan haqlarına hörməti aşılayan bir yanaşma sərgiləmək olmalıdır. Amma bunu qorxutmaq və ya travmatik hala salmadan, sadə və humanist bir dillə izah etmək vacibdir.  Bu mənada rəsm ən yaxşı üsullardan biridir ki, rəsm vasitəsilə onlar hisslərini ifadə edə bilir, valideynlərin, müəllimlərin və digər mütəxəssislərin izahları isə faciənin mahiyyətini daha yaxşı anlaya bilirlər. 
Nağıllar, şeirlər və hekayələr vasitəsilə kiçik yaşlı uşaqlara faciəni birbaşa deyil, simvolik şəkildə çatdırmaq daha məqsədəuyğundur. 
Böyük yaşlı uşaqlarla faciələrimiz haqqında çəkilmiş bədii və sənədli filmləri izləyərək müzakirə etmək daha yaxşı nəticə verə bilər".

Xədicə BAXIŞLI

Chosen
11
1
redaktor.az

2Sources