Bu gün saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Eyni zamanda avtomobillər siqnal veriblər.
Qeyd edək ki, bu gün Naxçıvanda anım tədbirləri də keçirilib.