EN

“Nyukasl” – “Qarabağ” oyunu dördüncü oldu

İngiltərədə “Nyukasl” və “Qarabağ” komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavabı oyunu azarkeş sayına görə dördüncü pillədə qərarlaşıb.

Msport.az xəbər verir ki, sözügedən matçı tribunalardan 50 068 tamaşaçı izləyib.

Cavab qarşılaşmaları arasında ən çox tamaşaçı “Real” (İspaniya) – “Benfika” (Portuqaliya) qarşılaşmasında (2:1) qeydə alınıb. Bu görüşdə 76 745 tərəfdar olub.

“İnter” (İtaliya) – “Bodo Qlimt” (Norveç) oyunu (1:2) 70 441 azarkeşlə ikinci, “Atletiko” (İspaniya) – “Brügge” matçı 66 756 tərəfdarla üçüncü yeri tutub.

 

Chosen
7
2
msport.az

3Sources