EN

11 yaşlı qıza təcavüz edib gözlərini çıxarmaq istəyən şəxs EDAM OLUNDU – FOTO

Misirdə 11 yaşlı qıza təcavüz edib gözlərini çıxarmaq istəyən şəxs barəsində edam hökmü çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Misir KİV-ləri məlumat yayıb.

Misirdə 11 yaşlı Şaymaa adlı qıza qarşı törədilən vəhşilik cəmiyyətdə böyük sarsıntıya səbəb olub. Hadisə azyaşlı evinin yaxınlığında gəzərkən baş verib.

24 yaşlı şəxs məktəbli qıza hücum edərək onu vəhşicəsinə döyüb və cinsi zorakılığa məruz qoyub.

Manyak törətdiyi əməlin ifşa olunmaması və azyaşlının onu tanıya bilməməsi üçün dəhşətli addım atıb. O, qurbanı görmə qabiliyyətindən məhrum etmək məqsədilə barmaqları ilə Şaymaanın gözlərinə ağır xəsarətlər yetirib.

Cinayətkar qısa müddətdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məhkəmə prosesi zamanı cinayətkar barəsində ölüm hökmü çıxarılıb.

Edamdan xilas olmağa çalışan manyak Şaymaaya evlilik təklif etsə də (ölüm cəzasından yayınmaq üçün bir yol), lakin qız imtina edib.

Hökm elan edildikdən sonra qurbanın anası diz çöküb hakimə ürəkdən təşəkkür edib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
11
interpress.az

1Sources