EN

Qırğızıstan Britaniyaya xəbərdarlıq etdi

BAKI, 26 fevral. TELEQRAF

“Londonun tətbiq etdiyi sanksiyalar Mərkəzi Asiya ölkələri ilə Böyük Britaniya arasında əməkdaşlığa mənfi təsir göstərə bilər”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan xarici işlər naziri Janbek Kulubayev deyib.

Böyük Britaniyanın sanksiyaları ilə bağlı nazir birtərəfli məhdudlaşdırıcı tədbirlərin Mərkəzi Asiya ölkələri ilə Birləşmiş Krallıq arasında ticari-iqtisadi və maliyyə sahələrində əməkdaşlığa potensial mənfi təsirindən narahatlığını bildirib. O, Qırğızıstanın beynəlxalq iqtisadi-ticari münasibətlərinin siyasiləşdirilməsinə qarşı çıxarkən, qarşılıqlı məqbul və konstruktiv həllərə nail olmaq üçün açıq və konstruktiv dialoqa hazır olduğunu vurğulayıb.

Kulubayev Mərkəzi Asiyanın Asiya ilə Avropa arasında strateji mövqedə yerləşən, bol enerji ehtiyatları, əhəmiyyətli insan potensialı və geniş tranzit imkanlarına malik əsas geosiyasi bölgə olduğunu qeyd edib. Xarici işlər naziri Qırğızıstanın Özbəkistan və Tacikistanla sərhəd məsələlərinin sülh yolu ilə həllinin təkcə Mərkəzi Asiyada konstruktiv dialoq və effektiv əməkdaşlığın nümunəsi olmadığını, həm də regionun Böyük Britaniya da daxil olmaqla, dünya ölkələri ilə ticari-iqtisadi və investisiya sahələrində əlaqələrin inkişafı üçün yeni perspektivlər açdığını bildirib.

Bu baxımdan Kulubayev ticarət, maliyyə, enerji, nəqliyyat, iqlim və təhsil sahələrində Britaniya ilə ikitərəfli və regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Chosen
12
1
teleqraf.com

2Sources