EN

Aİ-ni Ukrayna danışıqlarına dəvət edən olmayıb - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Avropa İttifaqının nümayəndələri Ukrayna ilə bağlı danışıqlara dəvət olunmayıb və onların bu prosesdə iştirakı nəzərdə tutulmur. 

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Zaxarova brifinq zamanı bildirib ki, Aİ nümayəndələri danışıqlar masasına çağırılmayıb, çünki onlar əvvəllər prosesdə iştirak ediblər və özlərini qeyri-konstruktiv aparıblar. Diplomatın sözlərinə görə, bu səbəbdən onların hazırkı mərhələdə danışıqlarda iştirakı məqsədəuyğun hesab edilmir.

O, həmçinin qeyd edib ki, fevralın 24-də Avropa İttifaqı rəhbərliyinin və üzv ölkələrin nümayəndələrinin Kiyevə səfəri Ukraynanın, onların ifadəsi ilə desək, “ədalətli mübarizəsinə” sadiqliyin nümayişi kimi planlaşdırılsa da, Kiyevə real nəticə verməyib və daha çox simvolik xarakter daşıyıb.

Nuriyyə NATİQQIZI

Chosen
11
1
redaktor.az

2Sources