EN

Yunanlar heyrət içində: Türkiyə Avropada dördüncü yerdədir

Yunanıstanın “GoCar” portalı Türkiyədə avtomobil satışları ilə bağlı araşdırma aparıb. Sayt mövzuya dair “Türkiyədən qorxulu rəqəm gəldi” başlıqlı təhlil yazısı dərc edib.

Publika.az xəbər verir ki, təhlildə Türkiyənin daim inkişaf eməsinin avtomobil satışlarına da təsir etdiyi vurğulanıb.

Məqalədə 2025-ci il Türkiyənin avtomobil bazarı üçün ən uğurlu il kimi təsvir edilib və bildirilib ki, 1 368 400 satışla 10,62 faiz artım qeydə alınıb. Məlumata görə, bu satışlardan 1 084 496-sı minik avtomobilləri, 283 904-ü isə kommersiya avtomobilləri olub.

Türkiyənin elektrikli nəqliyyat vasitələri baxımından birbaşa Avropanı hədəf aldığı qeyd olunub. 2025-ci ildə 191 960 ədədə çatan satışlar 2024-cü illə müqayisədə təxminən 82,27 faiz artım göstərib. Bu rəqəm Türkiyəni Avropada Böyük Britaniya, Almaniya və Fransadan sonra dördüncü yerədə qərarlaşdırıb.

Chosen
11
publika.az

1Sources