EN

Azərbaycanın səbr kasası daşır: “AZAL-ın təyyarəsinin vurulması ilə bağlı...”

“Hiss olunur ki, Azərbaycanın səbr kasası daşır. Ona görə də verdiyi vədi yerinə yetirməli olduğunu Rusiya tərəfinin yadına salır”.

Tanınmış hərbi ekspert, polkovnik Üzeyir Cəfərov “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qroznı səmasında vurulması ilə bağlı xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasını “Cebheinfo.az”-a şərh edərkən belə deyib.

“Artıq Azərbaycan rəsmiləri AZAL-ın təyyarəsinin vurulması ilə bağlı konkret ünvanı deyirlər və Rusiya Prezidentinə müraciət edirlər. Azərbaycanın xarici işlər naziri ötən ilin oktyabrın 25-də Rusiya Prezidentinin Azərbaycanın dövlət başçısı ilə Düşənbədə görüşü zamanı verdiyi sözü yerinə yetirməyə çağırır. 

Ceyhun Bayramov Vladmiri Putinin adını çəkməklə Rusiyanın verdiyi sözə əməl etməli olduğunu və Azərbaycanın da mövqeyinin dəyişməz olaraq qaldığını bildirir. Bu hadisə Rusiyanın günahı ucbatından baş verib.

Söhbət yalnız kompensasiyanın ödənilməsindən getmir. General Tolopilov və kapitan Polodayçuk cəzalandırılmalıdır və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Fevral ayı başa çatır, lakin Qazaxıstan hələ susur.

Görünür, Qazaxıstan tərəfi Rusiyadan çəkinir. Lakin bu məsələ uzun müddət davam edə bilməz. Halbuki təyyarə qəzası ilə bağlı istintaq araşdırması ötən ilin dekabr ayında başa çatmalı idi. Lakin məsələ üstü açıq qalır. Hiss olunur ki, Azərbaycanın səbr kasası daşır.

Qeyd edək ki, nazir Bayramov Rusiya tərəfini sərnişin təyyarəsinin qəzası ilə bağlı Azərbaycanın tələblərini yerinə yetirməyə çağırıb. 

”AZAL təyyarəsinin qəzası ilə bağlı ən ali səviyyədə bildirmişdik ki, Azərbaycanın mövqeyi bu mövzuda qətiyyətlidir, birmənalıdır.jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib  ki, rəsmi Bakının gözləntisi ötən ilin oktyabr ayında Azərbaycan Prezidenti ilə görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş yanaşmanın təsdiqini tapmasıdır: 

“Hesab edirik ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyevlə Rusiya Prezidentinin görüşündə Rusiya lideri tərəfindən səsləndirilmiş yanaşma təsdiqini tapmalıdır. 

Hansı ki, təyyarənin vurulması Rusiya MN-in səhvi ucbatından baş verib, buna qarşı tədbir görülməsi, hüquqi qiymətin verilməsi, kompensasiyaların ödənilməsini özündə ehtiva etməlidir. Bizim gözləntimiz bundan ibarətdir”.

Chosen
4
1
cebheinfo.az

2Sources