EN

Rusiya müharibəni davam etdirəcək

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Nəhəng iqtisadi təzyiqlərə baxmayaraq, Rusiyanın hərbi potensialı zəifləmir.

"Cebheinfo.az" xəbər verir ki, "The Guardian" qəzetinin təhlilinə görə, ekspertlər təkcə Ukrayna üçün deyil, həm də Avropa üçün artan raket və pilotsuz uçuş aparatı təhlükəsinə diqqət çəkirlər.

Analitiklərin qiymətləndirməsinə görə, Rusiyanın 2025-ci il üzrə müdafiə xərcləri ən azı 186 milyard dollar təşkil edib. Bu rəqəm Ümumi Daxili Məhsulun (ÜDM) təxminən 7,3%-nə bərabərdir. Sözügedən göstərici ABŞ-nin və Böyük Britaniyanın müdafiə xərclərindən qat-qat yüksəkdir.

Rusiyanın müdafiə xərcləri 2021-ci ildən bəri real ifadədə iki dəfə artıb. Bu artım silah istehsalının artırılmasına və hərbi personal qəbulunun genişləndirilməsinə imkan yaradıb.

Ekspertlər iqtisadiyyatdakı ləngimə və buna bağlı olaraq 2026-cı ildə müdafiə xərclərində mümkün azalmanın baş verə biləcəyini qəbul edirlər. 

Lakin bu proqnoz xərclərin bir neçə il ərzində kəskin artdığı dövrdən sonraya təsadüf etdiyi üçün, Rusiyanın hərbi potensialının hələ də yüksək olduğuna işarə edir.

Xəbərdə atəşkəs danışıqlarının davam etdiyi bir dövrdə Rusiyanın Ukraynanın kritik infrastrukturuna və şəhərlərinə qarşı hücumlarını intensivləşdirdiyi vurğulanır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
1
cebheinfo.az

2Sources