EN

"Qarabağ"ın cavab matçında "Nyukasl"a qarşı əsl mübarizə aparacağına ümid var idi - Rusiya mətbuatı

Rusiya mətbuatı "Qarabağ"ın Çempionlar Liqası pley-off mərhələsinin ikinci oyununda İngiltərədə "Nyukasl"a (2:3, ilk oyun 1:6) məğlubiyyəti haqda yazıb. 

Sportal.az xəbər verir ki, "Çempionat.com" saytı Azərbaycan çempionunun İngiltərədə rəqibinə verdiyi mübarizə haqda bunları qeyd edib:

"Nyukasl" ilk oyunda “Qarabağ”a Bakıda göz açmağa imkan vermədi – 1:6! İngiltərə klubunun hücumçusu Entoni Qordon ilk hissədə dörd qol vuraraq Luiz Adrianonun rekordunu təkrarladı. Cavab oyununda intriqa olmadı. Lakin ümid var idi ki, bu dəfə “Qarabağ” “Nyukasl”a qarşı əsl mübarizə aparacaq. Bu ehtimallar özünü doğrultdu. 

Hərçənd ki, hər şey yenidən Azərbaycan klubu üçün fəlakətli ssenari ilə başladı. Dördüncü dəqiqədə Sandro Tonali rəqibin cərimə meydançasında topu ələ keçirərək hesabı açdı. Növbəti hücumda Joelinton Harvi Barnesin ötürməsindən qapı dirəyinin altından ilk zərbəni vurdu. Bununla da, “Nyukasl” sakitləşdi. İkinci hissənin əvvəlində "Qarabağ" bir qol vurdu - Kamilo Duran əks-hücumda irəlilədi və Aaron Ramsdeyli məğlub etməyi bacardı. Lakin Sven Botman dərhal fərqi iki qola qaytardı: künc zərbəsindən sonra "Nyukasl"ın müdafiəçisi qonaqların cərimə meydançasında ən qarşısıalınmaz oyunçu oldu.

Karnaval bununla bitmədi. 57-ci dəqiqədə "Qarabağ" penalti qazandı, lakin Ramsdeyl Marko Yankoviçin zərbəsini dəf etdi. Amma Elvin Cəfərquliyev topa ən tez çatan və onu qapıya göndərən şəxs oldu. O, komandanın Bakıdakı yeganə qolunun da müəllifi idi. Hesab sona qədər dəyişilməz qaldı. "Nyukasl" optimal heyətilə oynamasa da, “Qarabağ” üçün layiqli nəticə idi. İngiltərə komandası növbəti mərhələdə ya "Çelsi", ya da "Barselona" ilə qarşılaşacaq".

saytlarin hazirlanmasi

Chosen
14
1
sportal.az

2Sources