EN

100 il əvvəlki Türkoloji qurultayın bilinməyən tərəfi...

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Akif Aşırlı: “Sovetlər türkoloqları Bakıya topladı, amma milli mətbuatın şah əsərlərini gizlətdi”

"1926-cı ilin fevralın 26-da, yüz il öncə "İsmailiyyə " (Sovetlər dönəmində "Maarif sarayı") binasında Bakıda l Bakı Türkoloji qurultay keçirildi. Qurultay keçirildiyi müddətində Azərbaycan Milli Mətbuatının 50 illik yubleyi sərgisi təşkil edildi. Mətbuat sərgisi ilə bağlı "Kommunist" , "Yeni fikir" və digər qəzetlərdə məqalələr çap olundu. Əli bəy Hüseynzadənin Türkiyədən gəlib, qurultayda iştirak etməsinə baxmayaraq eksponatların sırasında "Həyat", "İrşad" , "Füyuzat" yox idi. Sovetlərin belə işləri də vardı. Onlar latın qrafikalı Yeni Türk Əlifbasını qəbul edir, dünyanın məşhur türkoloqlarını Bakıya yığırdılar. Lakin milli şüuru formalaşdıran, türkçülüyü mədəni-siyasi hərəkata çevirən Kişinin şah əsərlərinə yarım metr yer də vermirdilər". 

Sherg.az xəbər verir ki, bu fikirləri Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı öz sosial şəbəkəsində yazıb. O, mətbuat sərgisi ilə bağlı "Kommunist" qəzetində dərc olunan yazılardan birini paylaşıb:

"Mətbuat sərgisi

Son 50 il ərzində çıxan dövrü mətbuat sərgisi ümumin marağına səbəb olmaqdadır. Müxtəlif təşkilatlar və yaxud ayrı-ayrı şəxslər tərəfindən nəşr edilmiş olan və hazırda nəşr edilən qəzetə və məcmuələrin komplektləri və ayrı-ayrı nüsxələri türk əfkar ümumiyyəsinin 1875-ci ildən bu günə qədər nasıl inkişaf etməyini təqib etmək imkanını tamaşaçıya verir. Sərgidə 47 qəzetə, məcmuələr, risalələr və ayrı-ayrı nəşriyyat nümunələri vardır.

Sərgidə mövcud qəzetlər arasında 1875-ci ildə nəşr edilən «Əkinçi», 1881-ci ildə intişar edən «Tərcüman», 1881-ci ildə çıxan «Ziyayi-Qafqaziya», 1893-cü ildə nəşr edilən «Kəşkül», 1903-cü ildə nəşr edilən «Şərqi-rus» qəzetələri vardır. Son zamanlarda nəşr edilən qəzetələr arasında 1918-ci ildə intişar edilən «Gələcək», 1918-ci ildə çıxan «Şura əxbarı», kommunist qəzetəsi olan «Zəhmət sədası», «Kommunist», «Şərq qapısı» qəzetələri, məcmuələrin maraqlısı isə 1906-cı ildə intişara başlayan «Molla Nəsrəddin» məcmuəsidir.

Qəribə burasıdır ki, «Şərqi-rus» qəzetəsinin 1903-cü ilin yeni türk əlifbası məsələsinə çox səhifələr həsr edilmişdir.

 «Kommunist» qəzeti 28 fevral 1926-cı il. № 50".

A.Aşırlı yüz il sonra l Bakı Türkoloji qurultayının açılışının AMEA-nın Rəyasət Heyyətinin binasında, eyni məkanda keçiriləcəyini yazıb. Eyni zamanda o, diqqət çəkən bir fikir bölüşüb:

"İndi qəzetlər qalmayıb ki, sərgisi təşkil olunsun. Daha yaxşı olar ki, binanın girişində Süni İntellekt qoyulsun. Bütün suallara, dilimizin saflığına təhlükə olan problemlərə o, cavab versin".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
sherg.az

1Sources