EN

® Pediatriyaya dair beynəlxalq konqresin elmi sessiyaları keçiriləcək

Fevralın 28-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə professor Nəsibə Ağaismayıl qızı Hüseynovanın 100 illiyinə həsr olunmuş “Pediatriyada elmi irs və innovasiyalar: Hibrid dünyada uşaq olmaq” mövzusunda beynəlxalq konqresin iki elmi sessiyası keçiriləcək.

Mərkəzi Gömrük Hospitalının akt zalında keçirilməsi nəzərdə tutulan “Uşaq qastroenterologiyası və dietologiya” və “Beynin inkişaf yolu və inkişaf geriliklərində qırmızı bayraqlar” mövzusunda iki sessiyada ümumilikdə 12 məruzə dinləniləcək.

Tədbirdə pediatriya sahəsində aktual problemlər, innovativ yanaşmalar, müasir diaqnostika və müalicə üsulları, eləcə də rəqəmsal texnologiyaların uşaq sağlamlığına təsiri müzakirə olunacaq və tədbir sual-cavab sessiyaları ilə interaktiv şəkildə həyata keçiriləcək.

Tədbir proqrama uyğun olaraq xüsusilə pediatrlar, ailə həkimləri, səhiyyə mütəxəssisləri və tədqiqatçılar üçün nəzərdə tutulub.

Konqres Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunub və 10 DTT balı ilə qiymətləndirilib.

Qeydiyyat və ətraflı məlumat üçün 050 243 86 71 nömrəli telefona zəng etmək olar.

Chosen
13
1
azertag.az

2Sources