EN

İran artıq Zəngəzur dəhlizinə “yox” demir Səfir açıqladı

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran "Tramp Marşrutu"nun həyata keçirilməsinə qarşı deyil.

“AzPolitika” xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami erməni mətbuatına açıqlamasında deyib. Onun sözlərinə görə, bu layihənin məqsədi imkanların inkişaf etdirilməsi və sülhün təşviq edilməsidirsə, İran buna qarşı olmayacaq.

"Amerika tərəfinin İrana münasibətini nəzərə alaraq, bu barədə narahatlıqlarımız var idi. Lakin bu məsələ erməni həmkarlarımızla çox səmimi bir atmosferdə müzakirə edildi", - deyə o bildirib.

Səfir qeyd edib ki, erməni tərəfdaşları onlara Ermənistanın heç vaxt İrana təhlükə yaratmayacağına dair zəmanət veriblər. Şirqolami bunun kifayət etdiyini və İranla Ermənistan arasında qarşılıqlı etimadın olduğunu vurğulayıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
azpolitika.info

1Sources