ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
“Azərbaycan üçün AZAL təyyarəsi ilə bağlı məsələ təkcə texniki və ya hüquqi xarakter daşımır. Bu, həm də dövlətin ləyaqətinə və vətəndaşların təhlükəsizliyinə təsir göstərən əsas mövqedir”.
Gununsesi.info bildirir ki, bu fikirləri deputat Razi Nurullayev deyib:
“Bakının rəsmi yanaşması həm bu gün, həm də əvvəl aydın olub və qarşı tərəfə ən yüksək səviyyədə çatdırılıb. Xarici işlər nazirinin də qeyd etdiyi kimi, bu məsələ ilə bağlı Rusiyadan konkret və ardıcıl addımlar gözlənilir.
Bu məsələ emosional yanaşma deyil. Tələblər beynəlxalq hüquqa, hava nəqliyyatı təhlükəsizliyi qaydalarına və dövlətlərarası münasibətlərdə mövcud təcrübəyə əsaslanır. Azərbaycan mövqeyini həm qapalı görüşlərdə, həm də açıq diplomatik müzakirələrdə bildirib və bu mövqe əsaslıdır”.
Deputat hesab edir ki, belə məsələlərin qısa müddətdə həll olunmadığını nəzərə almaq vacibdir:
“Diplomatiya səbr, ardıcıllıq və təsir vasitələrinin düzgün tarazlığını tələb edir. Əsas məsələ Azərbaycanın mövqeyini dəyişməməsi və məsələnin gündəmdə saxlanılmasıdır. Bu yanaşma qarşı tərəfi konkret addımlar atmağa sövq edən əsas amillərdəndir.
Problemin həm hüquqi, həm də siyasi baxımdan ədalətli həlli mümkündür. Azərbaycanın məqsədi gərginlik yaratmaq deyil, məsələni beynəlxalq normalara uyğun şəkildə həll etməkdir”.
Şəbnəm
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.