ain.az, Qol.az saytına istinadən bildirir.
Klub 7 ildir Çempionlar Liqasında bu səddi keçə bilmir
"Yuventus" Çempionlar Liqasının 1/8 final mərhələsinə adlaya bilməyib.
QOL.az xəbər verir ki, Luçano Spallettinin komandası pley-offun cavab oyununda "Qalatasaray" səddini keçə bilməyərək turnirlə vidalaşıb. Səfərdəki ilk oyunda 2:5 hesabı ilə uduzan Turin təmsilçisi öz meydanında keçirilən cavab görüşünün 90 dəqiqəsini 3:0 öndə tamamlasa da, əlavə vaxtda (120 dəqiqə) hesabı qoruya bilməyib və matç 3:2 hesabı ilə yekunlaşıb.
Beləliklə, "qoca sinyora"nın Çempionlar Liqasındakı uğursuzluq seriyası davam edib. Qeyd edək ki, Avropanın nəhəng klublarından hesab olunmasına baxmayaraq "Yuventus" 2019-cu ildən bəri turnirin hətta 1/4 finalına belə yüksələ bilmir:
2019/2020 mövsümü: 1/8 finalda "Lion"a uduzublar;
2020/2021 mövsümü: 1/8 finalda "Portu"ya uduzublar;
2021/2022 mövsümü: 1/8 finalda "Vilyarreal"a uduzublar;
2022/2023 mövsümü: Qrup mərhələsində mübarizəni dayandırıblar;
2023/2024 mövsümü: Avrokuboklarda iştirak etməyiblər;
2024/2025 mövsümü: Pley-off mərhələsində PSV-yə uduzublar;
2025/2026 mövsümü: Pley-off mərhələsində "Qalatasaray"a uduzublar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.