EN

Tofiq Musayevin döyüşü ləğv olundu - SƏBƏB

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayevin "UFC Vegas 115" turniri çərçivəsində aprelin 4-də keçirilməli olan döyüşü rəsmən ləğv edilib.

Fanat.Az xəbər verir ki, bu qərara səbəb braziliyalı idmançı Samuel Sançesin məşq zamanı aldığı ciddi zədə olub.

Sançes bazu vətərində yaranan problem səbəbindən əməliyyat olunacağını və ən azı 3 həftə məşqlərdən tamamilə uzaq qalacağını bildirib.

Məsələ ilə bağlı açıqlama verən Sançes, "Tofiq kimi güclü rəqiblə döyüşməyi çox istəyirdim, lakin bu zədə planlarımı alt-üst etdi" deyərək pərəstişkarlarından üzr istəyib.

Hazırda UFC rəhbərliyi Tofiq Musayev üçün yeni rəqib axtarışındadır, lakin 4 aprel döyüşünün baş tutmayacağı artıq dəqiqdir.

Kamil Xudiyev

Chosen
19
1
fanat.az

2Sources