EN

Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun nümayəndə heyəti BDU da olub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 26 fevral, AZƏRTAC

Özbəkistanın Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun nümayəndə heyəti Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar fakültənin akademik mühiti, tədris prosesi və elmi fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, dil və filologiya sahəsində tədrisin təşkili, müasir metodların tətbiqi və təcrübə mübadiləsi mövzularında müzakirə aparıblar. Onlar müxtəlif ixtisaslar üzrə dərslərdə iştirak edib, auditoriyalarda tələbələrlə ünsiyyət qurublar.

Qonaqlar tələbələr qarşısında çıxış edərək, Səmərqənd Dövlət Xarici Dillər İnstitutu haqqında ətraflı məlumat veriblər. Təqdimat zamanı institutda mövcud olan ixtisaslar, təhsil imkanları, beynəlxalq proqramlar və əməkdaşlıq perspektivləri diqqətə çatdırılıb.

Səfərin sonunda tərəflər arasında akademik əməkdaşlığın inkişaf etdirilməsi, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
azertag.az

1Sources