EN

Varşavada diplomatik “ÜRƏK”: Tusk Paşinyanın jestini təkrarladı – VİDEO

Donald Tusk Paşinyanın “ürək” jestini təkrarlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Polşa və Ermənistan KİV-ləri məlumat yayıb.

Polşanın Baş naziri Donald Tusk Polşada rəsmi səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı diqqətçəkən addım atıb.

O, Ermənistan lideri üçün ənənəvi xarakter daşıyan və artıq onun “vizit kartı” sayılan əllərlə “ürək” göstərmək jestini nümayiş etdirib.

Səfər çərçivəsində iki ölkə arasında mühüm sənəd — hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.

Sazişi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış imzalayıblar.

Görüşdə həmçinin ikitərəfli əlaqələrin inkişafı və təhlükəsizlik məsələləri müzakirə olunub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
19
interpress.az

1Sources