EN

BDU kollektivi Xocalı qurbanlarını ehtiramla anıb - FOTOLAR

Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar saat 17:00-da bütün ölkə ərazisində olduğu kimi, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

QHT.az xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamına əsasən, Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.

Chosen
31
qht.az

1Sources